Roma Papası Fransisk Tramp ailəsi ilə görüşərkən ABŞ prezidentinin menyusu barədə sual verib.
Mynews.az Oxu.Az-a istnadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
“Ona nə yedizdirirsiniz? Potisa (fındıqlı Sloveniya ruleti –red.)?”, - PontifikMelaniya Trampdan soruşub.
Birinci xanım söhbətin əslən olduğu Sloveniyanın ənənəvi yeməyindən getdiyini ilk olaraq anlamayıb. Jurnalistlər onun “potisa” sözünü “pizza” kimi eşitdiyini ehtimal edirlər.
“Potisa? Ah, hə”, - deyə Melaniya Tramp gülümsəyib.
“New York Times” Donald Trampın sevimli yeməyinin yaxşı qızardılmış steykin olduğunu yazmışdı. “Associated Press”in məlumatına görə, ABŞ prezidenti onu ketçup ilə yeməyi xoşlayır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub