İndoneziyanın Vamen qəsəbəsində yaşayan Dani qəbiləsi öz qəribə adət-ənənələri ilə seçilir.
Mynews.az axşam.az-a istinadən bildirir ki, Papua əyalətində yerləşən qəsəbənin qadınları ərləri öləndə barmaqlarını kəsir və onu yandıraraq külünü üzlərinə sürtürlər. Bu ənənə o qədər güclü yayılıb ki, insanların barmaq sayına görə hansının evli, hansının dul olduğunu bilmək olur.
Lakin bir neçə il öncə bu qayda qadağan olunduğundan qəbilənin yalnız yaşlı üzvlərinin barmaqsız olduğunu görmək mümkündür.
Qeyd edək ki, Dani qəbiləsi 1938-ci ildə amerikalı missioner Riçard Arkbold tərəfindən kəşf edilən dünyanın ən təcrid olunmuş və dəyişikliyə uğramamış ilk qəbilələrindən biridir. Meşənin ən sıx yerində məskunlaşmış qəbilə üzvləri öz geyimləri və həyat tərzi ilə xarici dünyadan qopmuş şəkildə yaşayırlar.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub