Bu gün Türkiyənin təhlükəsizlik qüvvələri və PKK terror təşkilatının silahlıları arasında baş vermiş toqquşmalarda ümumilikdə 5 hərbçi şəhid olub.
Mynews.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) məlumatında deyilir. Məlumata əsasən, hərbçilərdən 3-ü və 1 təhlükəsizlik keşikçisi Van vilayətinin Çaldıran rayonunda baş vermiş toqquşmalarda şəhid olub. PKK terrorçuları həmin ərazidə avtomobil yolunu kəsərək 3 yük avtombilini yandırdıqdan sonra bölgədə xüsusi əməliyyat keçirilib. TSQ Hakkari vilayətinin Şəmdinli rayonunda PKK terrorçuları ilə atışmada daha 2 hərbçisini itirib. İki bölgədə davam edən əməliyyatlarda ümumilikdə 9 PKK-lı terrorçu öldürülüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub