Amerikanın Las-Veqas şəhərində üzümaskalı bir şəxs sürdüyü yük maşınını "Ümumi ev"ə (fahişəxana) çırpıb.
CatHouse realiti-şousundan məşhurlaşmış Moonlite Bunny Ranch fahişəxanasında həmin vaxt 10 müştəri, 30 qadın və 5 işçi olub. İnsanlar xəsarət almasalar da fahişəxanaya 400 min dollar ziyan dəyib.
Yerli polisin məlumatına görə, Brayan Brandt adlı 40 yaşlı sürücü artıq saxlanılıb. Onun niyə belə etdiyi dəqiq bilinmir, sadəcə, sürücünün psixoloji problemləri olduğu məlumdur. O, buna qədər də davranışına görə əvvəlki iş yerindən qovulub. Fahişəxanaya çırpdığı yük maşınını isə terminaldan oğurlayıb. Maşının içi sahiblərinə çatacaq əşyalarda doluymuş.
Qeyd edək ki, Las-Veqas, ümumilikdə Nevada ştatı Yeni Orleandan sonra ən çox "Ümumi ev"ləri olan ştatdır. Nevadanın digər ştatdan fərqi isə buradakı fahişəxanaların lüks olması, sahiblərinin isə tanınmış iş adamları olmasıdır. Adıçəkilən fahişəxana sahibi Dennis Hof bundan başqa Love Ranch adlı "Ümumi ev"in sahibidir. Love Ranch da mediaya yaxşı tanışdır. Çünki 2015-ci ildə keçmiş basketbolçu Lamar Odom orada huşsuz vəziyyətdə tapılmışdı. (publika.az)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub