Misirin cənubunda Əl-Minya əyalətində xristianların olduğu avtobusa hücum nəticəsində 23 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Mynews.az-ın məlumatına görə, Oxu.Az newsrambler-ə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xaled Moqaxed bildirib.
Misir KİV-i ölənlərin sayının 30 nəfərə çata biləcəyinə dair məlumat yayıb. İki avtomobildə hərəkət edən yaraqlılar avtobusa atəş açıblar.
Hücum Əl-Adavva yaşayış məntəqəsinin qərbində Müqəddəs Samuili monastırı yaxınlığında baş verib. Xristianlar Beni-Sueyfdən monastıra gəlirdilər.
Misirin müdafiə qüvvələri avtobusa hücum olan rayonda axtarış aparırlar.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub