Amerikalı müğənni Ariana Qrande İngiltərənin Mançester şəhərinə qayıdaraq terror qurbanlarının xatirəsinə xeyriyyə konserti vermək istəyir.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ifaçı “Twitter” hesabında bildirib.
“Mən cəsur Mançester şəhərinə fanatlarımla görüşmək və terror qurbanlarının xatirəsinə xeyriyyə konserti vermək üçün qayıdacağam”, - müğənni vurğulayıb.
O, konsertin nə vaxt olacağı ilə bağlı dəqiq məlumat verməyib.
Qeyd edək ki, mayın 22-də “Mançester Arena”da Ariana Qrandenin konserti zamanı terror aktı baş verib. İntiharçı-terrorçu Salman Abedinin özünü partlatması nəticəsində 12-si uşaq olmaqla, 22 nəfər həlak olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub