Ağ Ev prezident Donald Trampın "tvit"lərini qabaqcadan yoxlamaq üçün hüquqşünaslar qrupu ilə əməkdaşlıq etməyi planlaşdırır.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, hazırda bu təşəbbüs nəzərdən keçirilir. Hüquqşünaslar Trampın "tvit"lərini "Twitter"ə yerləşdirilməzdən əvvəl oxuyacaq və lazım gəldikdə, korrektələr edəcək.
Qeyd edək ki, prezident Tramp "Twitter"dən səhərlər ölkəni salamlamaq, düşmənlərini məsxərəyə qoymaq, aktual məsələlərə qısa münasibətini bildirmək, son xəbərləri şərh etmək məqsədilə istifadə edir. Lakin bir çox hallarda onun "tvit"ləri ilə Ağ Evin rəsmi açıqlamaları arasında ziddiyyət olur. Trampın "Twitter"dən bu cür intensiv və nəzarətsiz şəkildə istifadə etməsi ölkədə, o cümlədən onun partiyadaşları olan respublikaçılar arasında narazılıqla qarşılanır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub