İŞİD terror qruplaşması ilə döyüşlərin getdiyi Mindao adasında hərbi vəziyyət elan edən Filippin prezidenti Rodrigo Duterte hərbçilərə tarixdə görünməmiş “səlahiyyət” verib.
Mynews.az Publika.az-a istinadən xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı hərbçilərə qadınlara təcavüz etməyə icazə verib.
Lakin təcavüz edilməsinə icazə verilən qadınların sayı məhduddur.
“Hərbi vəziyyəti mən elan etdim, nəticələrinə görə yanız mən məsuliyyət daşıyıram. Siz işinizi görün, qalan məsələləri mən həll edəcəm. Üç qadına qədər təcavüz edə bilərsiniz, soruşsalar “mən etdim” deyərəm. Sizin əvəzinizə həbsdə yatmağı xoşlayıram”, - prezident bildirib.
Təhlükəsizlik güclərini qanunları pozmağa cəsarətləndirən Filippin lideri əvvəllər də bənzər bəyanatlar verib.
Qeyd edək ki, İŞİD terror təşkilatına sədaqət andı içən “Maut” qruplaşmasının ələ keçirdiyi Mindao adasında təhlükəsizlik gücləri ilə şiddətli döyüşlər davam edir. Ölkədə 175 min polis dövlət binalarında təhlükəsizlik tədbirlərini gücləndirib.
“Maut” qruplaşması mayın 23-də - prezident Rodriqo Duterte Rusiyada səfərdə olduğu gün adada hücuma keçib. Dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşünü nəzərdə tutulandan bir gün əvvəl keçirərək Fillippinə qayıtmağa məcbur olub.

1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub