Avropanın başına reptiloidlər gəlib? Yoxsa cinsi azlıqlar? - FOTOLAR

894

Qitənin 3 əsas böyük ölkəsinin lideri sonsuzdur...

Avropanın başına reptiloidlər gəlib? Yoxsa cinsi azlıqlar? - FOTOLAR

Fransada  Emmanuel Makronun prezident seçilməsindən sonra ekspertlər Avropa üçün qəribə bir faktı aşkarlayıblar. Belə ki, hazırda Qərbi Avropanın 3 əsas ölkəsinin – Fransa, Almaniya və Böyük Britaniyanın başında duranlar sonsuzdurlar- övladları yoxdur.

Ümumiyyətlə, bütün Avropa ölkələri rəhbərlərinin tərcümeyi-halını təhlil edərkən  bəlli olur ki, kiçik istisnalarla, onlardan heç biri öz nəsillərinin artımı üçün nəsə etməyib.  Belə vəziyyət isə bir sıra versiyaların yaranmasına səbəb olub. Onlardan daha real səslənəni budur ki, Avropa Birliyində əsas vəzifələri seksual azlıqların nümayəndələri tutublar. 

Ancaq konspiroloji, hətta fantastik-yumorustik versiyalar da ortaya çıxıb. Sonuncu versiyaya görə,  Avropaya çoxdan “Yerin əsl sahibləri”- yadplanetli reptiloidlər(məşhur ingilis yazıçısı Devid Aykın irəli sürdüyü fərziyyəyə əsasən başqa planetdən gələrək Yeri zəbt etmiş insan cildli sürünənlər) rəhbərlik edir. Məhz bu səbəbdən bir çox siyasi liderlərin övladları olmur. Çünki onlar yalnız öz planetlərində yumurta qoymaqla çoxalırlar.  İnsan cildinə girdiklərindən daim ikili həyat yaşamalı olan belə kərtənkələ-liderlər son zamanlar beynəlxalq aləmdə çox aqressivləşiblər...

 

P.S. Yumorla yanaşılan bu məsələ əslində çox ciddidir. Çünki reptiloidlər fantaziya olsa da, “mavilər”in, lesbiyanların və s. planetdə meydan sulaması artıq Azərbaycanda da fakta çevrilib. Buna əmin olmaq üçün uzağa getmək lazım deyil, elə  5-10 dəqiqə telekanallarımıza baxmaq kifayətdir. Və indi gülə-gülə seyr etdiyimiz bu anormal tendensiya milli-mənəvi dəyərlərimiz,  gələcək nəsillərimiz üçün gerçək və böyük bir təhlükədir...

Xəbər lenti