Saqa prefekturasının dövlət orqanları Küsü adasındakı quş fabrikində yeni H5 virusu aşkarlayıblar
Yaponiyada quş qripi virusu ilə əlaqədar 70 min toyuq məhv ediləcək.
Saqa prefekturasının dövlət orqanları Küsü adasındakı quş fabrikində yeni H5 virusu müəyyən ediblər. Hazırda mütəxəssislər 70 min toyuğun kəsimini həyata keçirirlər.
"NHK" telekanalının məlumatına görə, fermanın işçiləri son 2 sutka ərzində 50 ölü toyuq aşkarlayıblar. Virusun aşkarlandığı quş fabrikinin yerləşdiyi ərazi 10 kilometr radiusda karantin zonası elan edilib və yumurtaların, quşların və quş əti məhsullarının daşınması qadağan olunub. Habelə yollarda dezinfeksiya işləri aparılır.
Qeyd edək ki, yanvarda Miyadzaki prefekturasında da quş qripi virusu aşkarlanıb. Mütəxəssislər bu səbəbdən 160 min toyuğu məhv ediblər. Dekabrın əvvəllərində isə Niiqata və Aomori prefekturalarında yarım milyondan çox toyuq və ördək məhv edilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub