Belindəki bombaları partlatmağa imkan tapmamış tutulan İŞİD üzvü peşmərgələrdən təcili öldürülməsini xahiş edib: "Cənnətə çatmalıyam, günortadan sonra saat 16:00-da cənnətə qəbul mərasimim var" deyib.
Təxminən iki ildir İŞİD terrorçular ilə döyüşən "İraq Kürdüstanı" Peşmergə komandiri əsir götürdükləri bir qadının tələbi qarşısında yaşadığı çaşqınlığı danışıb.
Peşmergə komandiri Səlim A.Surci Mosul bölgəsindəki münaqişələrdə ələ keçirilən İŞİD üzvünün onlara "Məni təcili, vaxt itirmədən öldürün ki, günortadan sonra saat 16:00-da keçiriləcək Cənnətə qəbul mərasimimə çata bilim" dediyini danışıb.
Çox sayda peşmərgələrin də öldürüldüyü Mosuldakı qarşıdurmanın Miraç Qəndili günündə baş verdiyi bildirilib. İŞİD üzvünün açıqladığı plana görə Merac qəndili günündə belindəki bombalı kəməri partladacaq və bununla da cənnətə gedəcəkdi. Ancaq bomba sistemli kəmər emal səhvi səbəbindən planlaşdırılan vaxtda və yerdə partlamayıb və İŞİD üzvü əsir düşüb.
50-ə qədər terrorçunun bellərində bombalı kəmərlər ilə Merac gecəsi partlayış üçün gəldiklərini və özlərini öldürdükdən sonra da öldürdükləri günahsızlar ilə birlikdə saat 16.00-a qədər Cənnətdə keçiriləcək mərasimə çatmaları lazım olduğunu izah edən İŞİD üzvü "Hamımızın bu saata qədər Behiştdə olmağımız lazımdır" deyib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub