Qız qaçırmaq adəti dünyanın müxtəlif ölkələrində hələ də yaşayır.
Əksər ölkələrdə xüsusilə azyaşlı qızların evlənmə məqsədilə qaçırılması cinayət hesab edilir və məsuliyyəti var.
Ancaq buna baxmayaraq, Azərbaycan da daxil olmaqla bəzi ölkələrdə qızların qaçırılması adəti hələ tam aradan qalxmayıb. Türkiyənin İzmir vilayətinin Sırımlı və Olğunlar kəndlərində isə qız qaçırılması ilə bağlı fərqli adət var. Belə ki, bu kəndlərdə qaçırılan qızlara görə ailələrə “susmaq payı” adlanan vəsait ödənilir. Qaçırılan qızın yaşı nə qədər az olarsa, ailəyə verilən pulun məbləği də yüksək olur. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, iki kənddə hər il 12-21 yaş arasında 20-yə yaxın qız qaçırılır. Qaçırılanların böyük əksəriyyəti 14 yaşında olur.
Qaçırılan qızlara görə isə ailələrə ödənilən susmaq payının məbləği belə dəyişir:
12 yaşlı qız üçün 40 min lirə (təqribən 20 min manat)
13 yaşlı qız üçün 30 min lirə (15 min manat)
14 yaşlı qız üçün 25 min lirə (12500 manat)
15 yaşlı qız üçün 20 min lirə (10 min manat).
Ailələr isə “qız murdar oldu” deyərək pulu alıb susurlar. Evlilik yaşı olan 17-yə çatana qədər isə qızlar bir neçə uşaq anası olur.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub