Belçikada türk əslli ölkə vətəndaşı faşist qrup tərəfindən vəhşicəsinə döyülüb.
"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Belçikanın Neerpelt şəhərində baş verib.
Məlumata görə, Neerpelt şəhərində dönərçilik edən türk əslli Əli Fakıoğlu gecə işdən qayıdanda naməlum bir qrup onun yolunu kəsib. Üzərilərində irqçi rəmzlər olan qrup üzvləri zərərçəkmişin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı olan münasibəti ilə maraqlanıblar.
Fakıoğlunun verdiyi cavaba hiddətlənən qrup üzvləri onu döyərək ölümcül vəziyyətə salıblar.
Şəxsi imkanları ilə özünü xəstəxanaya çatdıran Əli Fakıoğlunun başına və qaşına çox sayda tikiş qoyulub.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub