Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda intim görüntülərlə şantaja görə saxlanılanlar var.
Mynews.az xəbər verir ki, Turqutluda 37 yaşlı K.D. iş yerində bir qadınla cinsi əlaqəyə girərkən çəkilən təhlükəsizlik kamerası görüntülərini ələ keçirən 3 nəfərin onu şantaj edib, pul almağa çalışdığını irəli sürərək, keçən ilin 18 may tarixində polisə şikayət edib. K.D.-nin şikayətindən sonra 2016-cı ilin 26 aprel tarixində çəkildiyi təyin olunan bu görüntülər Turqutludakı bir yerli saytda yayılıb.
Polis görüntülərdə K.D. ilə intim əlaqədə olan qadını tapıb, ifadə vermək üçün müraciət edib. Adı gizli saxlanılan qadın ifadəsində K.D.-nin cinsi əlaqəyə girdikləri görüntülərlə onu şantaj etdiyini, zinət əşyalarını almağa çalışdığını deyib. Bundan sonra polis K.D.-ni nəzarətə alıb.
K.D.-nin ifadəsindən və görünütülərin yayımlandığı saytda araşdırmaya başlayan polis istintaqı daha da dərinləşdirib. Görüntülərin yayıldığı portalın sahibi K.D.-ni şantaj etdikləri iddiasıyla saxlanılıblar.
Nəzarətə alınan 5 adam şərti olaraq sərbəst buraxılıblar. Milli.az
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub