Rusiyada “An-26” təyyarəsinin qəzaya uğraması nəticəsində 1 hərbçi ölüb, 5-i yaralanıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsi yayıb.
Hadisə Krasnodar Ali Aviasiya Məktəbinin təyyarəçilərinin Saratovda təlim-məşq uçuşu keçirdiyi zaman baş verib. “An-26” təyyarəsinin sərt enişi qəzaya səbəb olub.
Məlumata görə, uçuş zamanı təyyarənin göyərtəsində 6 nəfər ekipaj üzvü olub: “Eniş zamanı təyyarə yanıb. Nəticədə bir hərbçi ölüb. Təyyarədəki qalan 5 ekipaj üzvü isə axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılaraq xəstəxanaya yerləşdirilib”.
Xəbərdə bildirilib ki, qəzaya səbəb təyyarənin mühərriklərindən birinin işləməməsi olub. Hadisənin səbəbini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub