İrəvanın qorxunc hiyləgərliyi: Putin ERMƏNİ İŞĞALINA qarşı hərəkətə keçdi

598
İrəvanın qorxunc hiyləgərliyi: Putin ERMƏNİ İŞĞALINA qarşı hərəkətə keçdi

Bir müddət öncə Rusiya Liberal-Demokrat Partiyasının lideri, Duma üzvü Vladimir Jirinoviskinin “Abxaziya yemək üçün ermənilərə verilib” sözləri mediada geniş yayıldı. Olduqca sərt danışan Jirinoviskinin bu sözlərinin əslində Kremldə də ciddi qəbul edildiyinə dair informasiyalar var. Hətta Kreml rəhbərliyinin vəziyyətlə yaxından maraqlandığı deyilir.

Mynews.az Publika.az-a istinadən xəbər verir ki, problem Abxaziyanı qarış-qarış işğal edən erməni diasporudur. Hansı ki, abxaz mediası ermənilərin tanınmamış respublikanın bütün sferalarında yerləşməsi ilə bağlı zaman-zaman siqnal verirdi.

Abxaziyadan olan Timur adlı biznesmen (şəxs adının tam açıqlanmasını istəməyib) Rusiya mediasına açıqlamasında bildirib ki, Abxaziyada erməni diasporunun sayı abxazların sayını ən azı bir yarım dəfə ötür: “Ermənilər bura uzun illər öncə gəldilər və koloniyalar şəkilində yaşamağa başladılar. Həmçinin, özlərinin kəndlərini yaratdılar. Ermənilərin çoxalmasının ikinci bumu Ermənistanda zəlzələdən sonra oldu”.

Krasnador vilayətindən olan Anzor adlı biznesmen də (bu şəxs də adının tam açıqlanmasını istəmir) Jirinoviskinin sözlərində həqiqət payının olduğunu deyib.

Onun sözlərinə görə, Abxaziyada olduğu kimi Krasnadorda da ermənilərin təsir dairəsi genişlənir: “Bələdiyyə xidmətlərində və biznes sahəsində ermənilərin təsiri sürətlə artır”.

Timur isə bildirir ki, Krasnador vilayəti çoxdan kazakların və ermənilərin arasında bölüşdürülüb.

“Erməni diasporunun nümayəndələri yerli idarəetmənin bütün səviyyələrini praktiki olaraq zəbt ediblər. Ermənilərin çoxalmasının bir sıra səbəbi var. Onlar bir-birinə qarşılıqlı kömək göstərir. Bununla yanaşı, abxazlar və çərkəslərdən fərqli olaraq doğum sayı yüksəkdir”, - deyə o bildirib.

Biznesmen qeyd edir ki, ictimai gərginlik hiss olunmasa da, aşağı səviyyədə ermənilərlə yerli əhali arasında qarşıdurmalar baş verir: “Vəzifədə olan ermənilər öz qanlarından olanlara daha çox üstünlük verir. Buna görə də lokal münaqişələr yaşanır”.

Anzor isə gərginliyin gizli şəkildə davam etdiyini vurğulayır.

“Qarşıdurmanın səviyyəsini görmək üçün internetə baxmaq lazımdır. Ermənilər Qafqaz müharibəsi dövründə dağlı müsəlmanların torpaqlarını zəbt ediblər. Bu proses indi də davam edir. Əsasən torpaq uğrunda mübarizə gedir”, - deyə o bildirib.

Xəbər lenti