"Məktəbdə oxuyanda da kök, gombul idim. Sinif yoldaşlarım məni ələ salır, aşağılayırdılar. Hər gün necə kifir, kök olmağım barədə onlardan pis sözlər eşidirdim. Onlar məni təhqir edir, deyirdilər: "Çəkilin, yük maşını gəlir!"
Mynews.az Milli.Az-a istinadən bildirir ki, dünyanın ən məşhur plus-size modellərindən olan amerikalı Eşli QremPeople Now jurnalına verdiyi müsahibəsində belə deyib.
Bu yaxınlarda "A New Model: What Confidence, Beauty and Power Really Look Like" adlı kitabı satışa çıxarılmış 29 yaşlı model jurnal üçün fotosessiyaya da çəkilib.
E.Qremin dediyinə görə, məktəbdə oxuduğu illərdə sinif yoldaşlarının təzyiqlərinə və təhqirlərinə dözmək çox çətindi: "Lakin sonradan anladım ki, bütün bunların səbəbi paxıllıqdır. Onlar uğurlarımla barışa bilmirdilər. Model kimi fotosessiyalara çəkilməyə başlayanda onlar mənə deyirdilər: "Səndən model olar? Sən çox köksən!" Üstəlik, atam da məni bəyənmirdi. O, həmişə mənə kök, ağılsız, axmaq olduğumu deyirdi. Model kimi məşhurlaşandan sonra belə o, arıqlamalı olduğumu söyləyirdi. Ən pis hisslər keçirdiyim gün isə atamın agentimlə danışanda "Hə, qızım arıqlamalıdır" deməsi oldu".
Eşli Qremin dediyinə görə, onu indi də sosial şəbəkələrdə, xüsusilə də İnstagram-da tənqid və təhqir edirlər.
"Çimərlikdə olanda mənə baxırlar. Amma artıq vecimə almıram. Vücudumu bəyənirəm və kiminsə fikrinə görə özümü dəyişmək niyyətində deyiləm", - Eşli Qrem söyləyib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub