Rusiyanın Aralıq dənizində yerləşən hərbi donanması Suriyada İŞİD mövqelərinə raket zərbələri endirib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, "Admiral Essen" freqatı və "Krasnodar" sualtı qayığı terrorçuların Palmira yaxınlığındakı mövqelərinə 4 raket buraxıb. Rakkadan gətirilən hərbi texnika və canlı qüvvənin vurulduğu bildirilir. Raket zərbələrinin endiriləcəyi ilə bağlı ABŞ, Türkiyə və İsrail komandanlıqlarına əvvəlcədən xəbərdarlıq edilib. Rusiya müdafiə naziri Sergey Şoyqu hadisə barədə prezident Vladimir Putinə məruzə edib.
Xatırladaq ki, prezident Putin Suriyadakı addımlarının məqsədinin terrorçuların Rusiya ərazisinə qayıtmasına imkan verməmək olduğunu bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub