Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı tətbiq olunan bəzi iqtisadi sanksiyaların ləğvinə dair fərman imzalayıb.
Mynews.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında qeyd edilib.
Fərmana əsasən, türk vətəndaşlarının Rusiya Federasiyasında işləməsinə, eləcə də şirkətlərinin müəyyən sektorlarda fəaliyyətlərinə qarşı tətbiq edilən sanksiya aradan qaldırılıb. Rusiya prezidenti hər iki ölkənin Xarici İşlər Nazirliyi arasında qarşılıqlı səfərlərlə bağlı 2010-cu ildə əldə olunan razılaşmanın yenilənməsi yönündə təlimat verib. Fərmanla vizasız səyahət edə biləcək türk vətəndaşlarının əhatəsi də genişləndirilib. O cümlədən, Türkiyənin hava yolları şirkətlərinin əməkdaşlarının Rusiyaya vizasız səyahət etmələrinə qoyulan qadağa ləğv edilib.
Xatırladaq ki, münasibətlərin gərginləşməsi səbəbindən 2016-cı ilin 1 yanvar tarixindən türk vətəndaşları Rusiyaya viza rejimində səfər edirdilər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub