Rusiyanın Orlovski rayonunun yepiskopu son günlər mətbuatın dilindən düşmür.
Publika.az xəbər verir ki, buna səbəb keşişin bahalı maşın sürməsi ilə yanaşı, həm də xüsusi adamların ala bildiyi dövlət nömrə nişanına sahib olmasıdır. Belə nömrələri oliqarxlar çətinliklə əldə etdiyi halda keşişin buna necə nail olması KİV-lərin diqqətini çəkib.
İlk olaraq isə bu barədə “Orlovski xəbərləri” qəzetində məlumat getdikdən sonra yepiskop Nektari dərhal buna reaksiya göstərib. Qəzetə məktubla müraciət edərək bu xəbəri qərəzli və təxribati adlandırıb. Xəbərin tezliklə qaldırılmasını istəyib. Məktubunda qeyd edib ki, inanclı adamların belə gözdən salınması bağışlanmazdır. Amma İsa Peyğəmbər bağışlamağı buyurduğuna görə xəbəri yazan jurnalisti o da bağışlayır. Bir şərtlə ki, xəbər çox vüsət almadan qəzetdən silinsin.
Amma keşişin 6 milyon rubl dəyərində (təqribən 180 min manat) Toyota Land Cruiser V8 maşını və onun bahalı nömrəsi çoxlarını qıcıqlandırdığı üçün sürətlə yayılıb. Məsləyə rayonun qubernatoru Vadim Potomski də münasibət bildirib. O da keşiş kimi jurnalistləri qınayıb və İncildən sitat gətirməyi unutmayıb: “İttiham etməyin ki, ittiham olunmayasınız”.
Hər nə qədər iddia olunduğu kimi ittiham sayılsa da, sadə keşişin belə bahalı maşını necə aldığı sual doğurur. Yepiskop özü isə maşının ona hədiyyə verildiyini deyir.

1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub