Antalyada 26 yaşlı A.A. keçmiş sevgilisinin başına gətirdiyi dəhşəti danışıb.
A.A lisey illərində tanış olub aşiq olduğu E.K-nin ona bıçaqla hədə-qorxu gələrək zorladığını iddia edib.
Mynews.az Hürriyet-ə istinadən xəbər verir ki, ailə qorxusu, yaşının az olduğu üçün bəzi hadisələrin fərqinə varamadığını ifadə edən A.A "E.K bunları bildiyi üçün mənə 11 il ərzində həm psixoloji, həm fiziki şiddət tətbiq etdi. Dəfələrlə məni döydü, amma heç birində gedib qisas almaq haqda düşünmədim. Özü də mənə tək çıxış yolumun ölüm olduğunu deyirdi", - ifadələrini işlədib.
"Arvadı olduğumu dedi"
Yaşananlardan sonra gücünün qalmadığını bildirən A.A: "Evli olmadığımız halda, ondan ayrılamayacağımı, arvadı olduğumu söyləyib məni buraxmırdı. Bu müddətdə dəfələrlə döyüldüm. Yaşımın üstə yaş gəlməsi, bəzi şeyləri dərk etməyə və təhsil aldıqdan sonra hadisələrin belə cərəyan etməsinin yanlışlıq olduğunu anladım. Sonuncu dəfə onun yanına getdiyimdə mənə bıçaq çəkdi, boğazımı sıxdı, təpik-yumruqla vurdu. Bu müddətdə dəfələrlə ayrılmağa çalışdım. Amma hər dəfə mənə əlində videolarımın, fotolarımın olduğunu, bunu insanlarla ətrafımdakılarla paylaşacağını söylədiyi üçün bacarmadım. Əsas da o zaman Kayseridə oxuduğum məktəbin yataqxanasına gəlib məni rüsvay edəcəyini söylədiyi üçün dediklərini etməyə davam etdim", - deyib.
ÖLÜMLƏ TƏHDİD ETDİ
Son olaraq E.K-nin rəfiqələrini narahat edəcəyini dediyi üçün keçən ilin avqust ayında ayrıldığını bildirən A.A: "Ancaq E.K dayanmaq əvəzinə, hər gün bir az da şiddəti artırdı. Bu dəfə bütün ailə üzvlərinə zəng edib birlikdə olduğumuzu, abort etdirdiyimi deyəcəyini iddia etdi. Bundan sonra E.K haqqında prokurorluğa şikayət etmək qərarına gəldim", - deyib. E.K.-nin cəzasını çəkməsini istədiyini ifadə edən A.A.: "Məni "Sənin üzünə turşu atacam, dinamitlə partlatacağam", - deyə təhdid etdi", - deyib.
milli.az
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub