"Malaysia Airlines" aviaşirkətinin Malayziyanın paytaxtı Kuala-Lumpurdan Avstraliyanın Melburn şəhərinə uçan təyyarəsi sərnişinlərdən birinin davranışı ucbatından geri qayıtmalı olub.
Mynews.az-ın məlumatına görə, Milli.Az News.com.au-ya istinadən bildirir ki, "Məndə bomba var!" qışqıran bu sərnişin pilotların kabinəsinə girmək istəyirdi.
O, içindən iki antena çıxan metal əşyanı əlində tutmuşdu.
Avstraliya Futbol Liqasının (AFL) sabiq ulduzu Endryu Leonselli və digər sərnişinlər bu xuliqanı dərhal yerə yıxaraq zərərsizləşdiriblər.
Şri-Lanka vətəndaşı olan 25 yaşlı həmin şəxs sərxoş idi.
MH128 reysi ilə uçan təyyarə Tullamarin hava limanına enib. Polislər göyərtəyə qalxaraq axtarış aparıblar və bomba aşkarlanmayıb.
Şri-Lanka vətəndaşı həbs olunub.
"Malaysia Airlines" şirkətinin təyyarələri son 3 ildə 2 dəhşətli aviaqəzaya məruz qalıb.2014-cü ilin martın 8-də MH370 reysi ilə Kuala-Lumpurdan Pekinə uçan təyyarə radarlardan yoxa çıxıb. Təyyarədə 227 sərnişin və 12 heyət üzvü vardı. Təyyarə hələ də tapılmayıb.
2014-cü ilin iyulunda isə Ukraynanın şərqində, separatçıların olduğu Donbas səmasında MH17 reysi ilə uçan təyyarə raketlə vurulub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub