ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ Evdən getdikdən sonra özünə 8,1 milyon dollarlıq ev alıb.
Mynews.az xəbər verir ki, malikanə Vaşinqtonun bahalı rayonlarından olan Kaporamada yerləşir. Obamanın qonşuluğunda isə indiki prezident Donald Trampın qızı İvanka Tramp yaşayır. Eks-prezidentin 8 milyon dollarlıq malikanəsinin 8 yataq otağı, 10 sanitariya qovşağı var. Ev daha əvvəl Bill Klintonun mətbuat katibinə məxsus olub.
Barak Obamanın mülkü Kaporamada qiymətinə görə ikinci yeri tutur. İlk yerin sahibi isə “Amazon” şirkətinin və “Washington Post” qəzetinin sahibi Ceff Bezosdur. Onun evinin dəyəri 23 milyon dollardır.
Qeyd edək ki, Obamanın ailəsi kiçik qızları Saşa orta məktəbi bitirənədək Vaşinqtonda qalmaq niyyətindədir.
Axşam.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub