1 yaşlı Arya Permana Soemantrinin çəkisi onun yaşıdlarının 6 nəfərinin çəkisi qədərdi.
Arya 190,9 kq idi.
Milli.Az Barcroft TV-yə istinadən bildirir ki, zorla ayağa duran və zillət çəkərək yeriyən Arya həddən artıq yeyirdi. Həkimlər müayinədən sonra onun valideynlərinə demişdilər: "Bu uşaq sürətlə arıqlamağa başlamasa, ölə bilər".
Arya cərrahiyyə əməliyyatına məruz qalıb və onun mədəsinin 85 faizi kəsilib götürülüb. O zamandan bəri Arya təqribən 31 kq arıqlayıb.
Həkimlərin dediklərinə görə, bir il ərzində Arya daha 100 kq arıqlaya bilər.
İndoneziyanın Qərbi Yava əyalətindəki Karavanqa şəhərində yaşayan Arya indi valideynləri Ada və Rokaya Soemantrilərlə birlikdə paytaxt Cakartadadır.
Arya "Omni Hospital"da müayinə və müalicə kursu keçir.
Aryanın anası, 35 yaşlı Ada deyib: "Günahkar mənəm. Baş verənlərə görə təəssüflənirəm. Aryanı həddən artıq yemləmişəm".
Cərrah Hendi Vinqin dediyinə görə, balaca Aryada ürək xəstəliyinin inkişaf və insult riski var.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub