Mynews.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri keçirdiyi mətbuat konfransında bildirib.
"ABŞ iqlim üzrə Paris Sazişindən çıxacaq", - deyə Donald Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, bundan sonra atılacaq addımlar baş verəcək proseslərdən asılı olacaq:
"Biz Paris sazişindən çıxırıq, lakin Amerika biznesi, işçiləri, insanları və vergi ödəyiciləri üçün ədalətli şərtlər əsasında yenidən ya Paris sazişinə, ya da tamamilə başqa bir sövdələşməyə daxil olmaq üzrə danışıqlara başlayırıq".
Tramp əlavə edib ki, ABŞ-ın bundan sonrakı fəaliyyəti onların "ədalətli sözləşmə" imzalaya bilib-bilməyəcəklərindən asılı olacaq.
Qeyd edək ki, ötən həftə sonu “Böyük yeddilik” ölkələrinin liderləri iqlim məsələləri bağlı sazişdə vahid mövqeyə gəlməyə çalışsalar da, ABŞ-ın mövqeyi səbəbi ilə bunun mümkün olmayacağını bəyan ediblər.
D.Tramp isə öz növbəsində sazişlə bağlı yekun qərarını bu həftə açıqlayacağını bildirib və KİV-lərdə yayılan informasiya qərarın artıq verilməsindən xəbər verir.
Ölkə.az
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub