Hindistanın Tamilnad ştatında vəhşi filin hücumu nəticəsində 9 nəfər ölüb. Ölənlər arasında 12 yaşlı qızın da olduğu deyilir.
Mynews.az AZƏRTAC-a istinadən xəbər verir ki, insident iyunun 2-nə keçən gecə Koimbatur dağının ətəyindəki Vellalor rayonunda baş verib. Fil evlərdən birinə soxularaq yatan 4 nəfərə, sonra isə sahədəki 5 qadına hücum edib. Yaralıların hamısı xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hökumət və ekoloqlar hadisənin başvermə səbəblərini müxtəlif cür izah edirlər. Ekoloqların fikrincə, filin aqressiv davranışının səbəbi onların təbii populyasiya yerlərinin insanlar tərəfindən zəbt olunmasıdır. Həmçinin son bir neçə ildə Tamilnadda baş verən quraqlıq səbəbindən filin ac olması və insanlara məhz bu səbəbdən yaxınlaşması güman olunur.
z
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub