2014-cü ildə İŞİD tərəfindən qaçırılan və cinsi istismara məruz qalan qadın İraqdakı kəndinə qayıdıb.
Qadının başına gələnlər onu dinləyənin qanını dondurub. Qadın bildirib ki, əvvəlcə kişiləri öldürdükləri kimi qadınları da öldürəcəklərini düşünsələr də, terrorçular onları zorlayıblar.
İraqın şimali-qərbindən qaçırılan 7 min qadından biri olan Murad 2014-cü ildə Koçoda yaşayıb. 400 min yəzidi kürdünün yaşadığı bölgədən qaçırılanlardan biri olan Murad aylarla İŞİD terrorçuları tərəfindən Mosulda cinsi istismara və işgəncəyə məruz qalıb.
Azadlığına qovuşan Murad "Nobel Sülh Mükafatı" namizədi və BMT-nin xoşməramlı səfiri olub. İŞİD-dən qurtularaq Koçoda oxuduğu məktəbi ziyarət edib.
O, hələ də 3500 qadının İŞİD-in əlində seks köləsi olduğunu bildirib. Muradın sözlərinə əsasən, avropalı, səudiyyəli, tunisli və digər ölkələrdən gələn terrorçular qadınları zorlayır və bir-birinə satırlar.
Bundan başqa qadın bölgədə 7 kütləvi məzarlığın olduğunu da qeyd edib.
ölke.az
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub