Mynews.az-ın məlumatına görə, Milli.Az "Mirror"a istinadla bildirir ki, bu sözləri məşhur Amerikalı müğənni Ariana Qrande xəstəxanaya, Mançester terrorunun qurbanlarına baş çəkməyə gedəndə 8 yaşlı fanatı Liliyə deyib.
Bomba parçasının ağciyərinə girdiyi Lili Harison adlı 8 yaşlı qızın vəziyyəti hazırda normaldır. Onun yaraları sağalıb.
Müğənni ötən gün xəstəxanaya gedərək terror qurbanlarına baş çəkib. Onun fanatı ilə arasındakı dialoq uşağı kövrəldib. Lilinin yatağına uzanan Ariana deyib:
"Səninlə fəxr edirəm. Sən çox güclüsən. Sən bunu bacardın".
Müğənni daha sonra başqa yaralıları da görməyə gedib.
Qeyd edək ki, may ayının 22-də İngiltərənin Mançester şəhərindəki arenada Ariana Qrandenin konserti zamanı terror törədilib. Nəticədə 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Onlardan 59-u şikəst qalıb.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub