Meksikanın Qerrero ştatında həbsxana direktoru naməlum şəxslər tərəfindən oğurlanaraq qətlə yetirilib.
Mynews.az-ın məlumatına görə, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ştatın təhlükəsizliyin koordinasiyası üzrə qrupun nümayəndəsi Roberto Alvares Erediya bildirib.
Qətlə yetirilən şəxsin yaxınlarının sözlərinə görə, quldurlar Moyses Çopin Mesanın evinə gecəyarısı soxulublar, onu döyüb və naməlum istiqamətdə aparıblar. Onun oğurlanmasından dərhal sonra federal və yerli hüquq-mühafizə qüvvələri irimiqyaslı axtarış əməliyyatına başlayıblar. Amma bu əməliyyat heç bir nəticə verməyib. Bir müddət sonra boynundan yaralanmış kişi meyiti tapılıb, bu oğurlanan Çopinin olduğu məlum olub.
Qerrero ştatı Meksikada ən təhlükəli ştatlardan biridir, buna səbəb ABŞ-a narkotik tranzit edən cinayətkar qruplar arasındakı gedən müharibədir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub