Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyasının gündəliyi açıqlanıb.
Mynews.az-ın məlumatına görə, “Report” Assambleyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, AŞPA-nın növbəti plenar sessiyası iyunun 26-dan 30-dək Strasburqda keçiriləcək.
Sessiya zamanı Avropa Şurasının baş katibi Turbyorn Yaqland, Monteneqronun baş naziri Duşko Markoviç, Moldovanın baş naziri Pavel Filip, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek AŞPA deputatları qarşısında çıxış edəcək.
Sessiya iştirakçıları Belarusda vəziyyət, Avropada miqrant və qaçqınlarla bağlı böhran və s. məsələləri müzakirə edəcəklər.
AŞPA sessiyasının işində Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub