Nigeriyanın şimalında yerləşən Böyük Səhrada 50 miqrantın avtomobili xarab olub.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 44 nəfəri susuzluqdan ölüb.
6 qadın isə yeriyərək özlərini Nigerin bir kəndinə çatdırmağı bacarıblar. Qadınlar ölənlər arasında uşaqlarının olduğunu da bildiriblər.
Faktla bağlı danışan Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Laval Taher bildirib ki, hələlik hadisə yerinə heç kim getməyib.
Məlumata görə, nigeriyalı və qanalı miqrantlar Nigerdən keçməklə Liviyaya çatmaq istəyiblər. Bu yol Aralıq dənizi vasitəsilə Avropaya getmək istəyən afrikalı miqrantların ən çox istifadə etdiyi istiqamətdir. Lakin, yolun ən təhlükəli hissəsi ucsuz-bucaqsız Böyük Səhradır.
Avtomobillərə daha çox insan yerləşdirmək istəyən təşkilatçılar yer olmadığı üçün yanlarında su da götürmürlər. Maşınlarda ortaya çıxan hansısa problem zamanı isə miqrantlar susuzluq təhlükəsi ilə üzləşirlər.
Həmin səhrada ötən il də buna bənzər hadisə baş veribmişdi. Belə ki, səhranın Niger-Əlcəzair sərhəddində 34 miqrantın cəsədi tapılmışdı.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub