İrlandiyada 38 yaşlı homoseksual nazir Leo Varadkar iqtidardakı Fine Gael partiyasının liderliyinə seçilib.
Mynews.az Habertürk-ə istinadən xəbər verir ki, buna qədər sosial müdafiə naziri çalışan Leo Varadkar bundan sonra baş nazir olaraq hökuməti quracaq.
Onun seçkilərdə əsas rəqibi ətraf mühit naziri Simon Koveney olub. Lakin, səslərin 60 faizini qazanan homoseksual nazir partiya lideri, həm də baş nazir seçilib.
Leo Varadkar əhalisinin 85 faizi katolik olan İrlandiya tarixində baş nazir olan ilk homoseksual və ən gənc siyasətçi olub. Homoseksuallıq bu ölkədə 1993-cü ilə qədər cinayət hesab edilib.
Qeyd edək ki, hind əsilli ata ilə irlandiyalı qadının övladı olan Leo Varadkar, 2015-ci ildə İrlandiyada homoseksuallıq qanuniləşdikdən sonra özünün homoseksual olduğunu açıqlamışdı.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub