Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında qeyri-adi fiziki anomaliya ilə inək balası doğulub.
Publika.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, onun başı, gözləri, qulaqları və burnu insanı xatırladırdı.
Heyvan cəmi bir saat yaşayıb. Ancaq yerli sakinlər onu Vişna Allahının təcəssümü kimi qəbul ediblər və ona sitayiş etməyə başlayıblar.
Hazırda heyvanın bədəni xüsusi şüşənin altına yerləşdirilib və onun qoyulduğu yer səcdəgaha çevrilib. Hindistanın müxtəlif yerlərindən qeyri-adi heyvanı görmək üçün insanlar gəlirlər. İnək balasının bədəni orada üç gün saxlanıldıqdan sonra yandırılacaq və kül xüsusi olaraq tikilmiş məbədə qoyulacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub