ABŞ-ın Filadelfiya ştatının hüquq-mühafizə orqanları 44 yaşlı kişini saxlayıblar.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, 140 kiloqramlıq kişi liftdə öz arvadını öldürərək yeməkdə ittiham olunur.
Hadisə bir neçə gün əvvəl baş verib. Ər-arvad restoranda şam yeməyindən evə qayıdırdı. Liftdən istifadə edən cütlük 13-cü mərtəbədə ilişib qalıblar. Onlar liftdən çıxmaq istəsələr də, bu mümkün olmayıb: təcili əlaqə düyməsi işləmirdi, mobil telefon isə yox idi.
Liftdə iki gün qaldıqdan sonra kişi özünü, yumşaq dillə desək, diskomfort hiss etməyə başlayıb. Sağ qalmaq üçün öz arvadını öldürmək və onu yeməkdən başqa seçim yox idi.
Polisin məlumatına görə, kişi liftdə öldürülmüş arvadının cəsədini yeyərkən tapılıb. Məlumdur ki, arvadının bədənindən 6 kiloqramlıq hissəni yeyən kişi onu öldürdüyünü etiraf edib. O, cinayət törətməsini sağ qalmaq ehtiyacı ilə izah edib. Adamyeyən özünü günahkar hiss etdiyini deyib.
“Mən bunu niyə etdim?”, - deyə o qışqırırmış.
Hazırda cinayətkar həbsdədir. Onu 75 il həbs cəzası gözləyir.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub