Dünən gecə saatlarında İngiltərənin paytaxtı Londonda terror hadisəsi qeydə alınıb.
Mynews.az "CNN"ə istinadən xəbər verir ki, terrorçular “London-Bric” körpüsündə yük maşınını insanların üzərinə sürüb və daha sonra maşını tərk edərək ətrafdakılara bıçaqla hücum ediblər.
Onlar “London-Bric” körpüsünün yaxınlığında yerləşən “Titos” restoranına soxularaq insanlara xəsarət yetirməyə başlayıb. Daha sonra Boro rayonunda da bazara soxularaq insanları bıçaqlayıblar.
Hadisə nəticəsində azı 6 nəfər dünyasını dəyişib, 3 nəfər terrorçu isə öldürülüb. 48 nəfər insanın yaralandığı bildirilir.
Ölən və yaralananların sayının artacağı ehtimal olunur.
London şəhər polisi bildirir ki, onlara yerli vaxtla 22:08-də məlumat verilib və 8 dəqiqə içərisində keçirilən əməliyyat nəticəsində şübhəlilər vurulub.
Öldürülənlərin kimliyi barəsində hələlik bir açıqlama verməyən London polisi hadisəni bu vaxta qədər heç bir terror qruplaşmasının öz üzərinə götürmədiyini qeyd edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub