Sosial şəbəkələrdə paylaşılan maraqlı görüntülər geniş müzakirələrə səbəb olub. Rusiyanın Peterburq şəhərindən olan bir neçə nəfərdən ibarət qrup sovet dövründən qalma xəzinənin axtarışına çıxıb.
Publika.az xəbər verir ki, iki həftə əvvəl qrup sovet dövrünə aid milyard rubl tapıb. Onlar bu barədə daha əvvələr də eşitdiklərini deyiblər. Bunun həqiqət, yoxsa uydurma informasiya olduğunu dəqiqləşdirmək üçün xəzinənin axtarışına çıxıblar.
SSRİ-in dağılmasından sonra 1961-1991-ci illərdə dövriyyəyə buraxılan böyük miqdarda sovet pulları köhnə raket şaxtalarında basdırılıb. Kifayət qədər sakit və kimsəsiz ərazilərdə yerləşən şaxtalara radiasiya səbəbindən heç kim yaxınlaşmayıb.
Kilometrlərlə yol qət edən qrup şaxtanın ola biləcəyi bütün kiçik kəndləri ziyarət edib. Nəhayət bir kəndin sakinləri burada həqiqətən də sovet dövründə fəaliyyət göstərən şaxtanın olduğunu təsdiqləyib.
Ətrafında meşələr, düzənlik sahə və çay olan ərazidə gizlədilən şaxtanı tapan qrup burada basdırılan böyük miqdarda pulları aşkarlayıb.
Pulların bəzilərinin hələ də çox yaxşı vəziyyətdə olduğunu deyən gənclər əsasən yüz və əlli manatlıqlardan ibarət bağlamaların şəklini çəkib.
Ərazidən videoreportaj hazırlayan gənclər bu görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub