Böyük Britaniyada yaşayan Malem ailəsi hamını təəccübləndirib.
Mynews.az Metbuat.az-a istinadən bildirir ki, 28 yaşlı Kayl Malem dünyanın ən populyar onlayn-hərrac saytı olan "eBay”da özündən bir yaş balaca bacısı Semmini satışa çıxarıb.
Bacısı üçün ilkin qiymət olaraq 50 funt-sterlinq qiymət qoyan Kayl, bacısını almaq istəyən alıcılara öz şərtlərini də açıqlayıb: "Bacım əslən Londondandır, amma Kardifdə yaşayır. Mavi gözləri, tünd rəngli saçları var, incə və gözəl vücuda sahibdir”.
Kayl bacısı haqqında xoş sözlər yazaraq onun sədaqətli biri olduğunu, sevgili tapmaqda çətinlik çəkdiyini yazıb. Namizəd olaraq 27-35 yaş arası, işi və maaşı yerində, tərbiyəli, evli və ya nişanlı olmayan biri tələb edilir.
Semminin anası 52 yaşlı Natali də qızını tərifləyərək, oğlunun qızı üçün belə bir addım atmasını xoş qarşıladığını bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub