Amerikanın CNN telekanalının aparıcısı Reza Aslan Twitter bloqunda ABŞ prezidenti Donald Trampı təhqir edib.
Mynews.az-ın məlumatına görə, Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Aslan öz “Twitter” bloqunda Trampa dair heç də xoş olmayan müraciət yazaraq onu Amerika və bütün bəşəriyyət üçün "biabırçılıq" adlandırıb.
Aslan öz tvitində Trampın 3 iyun tarixli tvitlərindən birini xatırladıb. Tramp düşüncəli, ehtiyatlı və sərt olmağa çağırıb, altı Yaxın Şərq və Şimali Afrika ölkəsinin ABŞ-a girişinə qadağanın əlavə təhlükəsizlik tədbiri kimi lazım olduğunu bir daha vurğulayıb.
Martın 6-da Tramp Yaxın Şərq və Şimali Afrikanın, əsasən, müsəlmanların yaşadığı altı ölkəsinin vətəndaşlarına ABŞ-a girişi müvəqqəti qadağan edən yeni fərman imzalayıb. Amerika mənbələrinin məlumatına görə, bu ölkələr terrorçulara yardım edir və ya terrorçular bu ölkədə sığınacaq tapırlar. Bu qəbildən olan ilk fərmanı Tramp yanvarın 27-də, yəni inauqurasiyasından bir həftə sonra imzalayıb. Həmin fərmanda “qara siyahı”ya yeddi dövlət daxil edilmişdi, sonradan İraq bu siyahıdan çıxarıldı.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub