Amerikanın Oregan ştatında qəribə hadisə baş verib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, 34 yaşlı Tristan Riz adlı homoseksual ilk övladını dünyaya gətirməyə hazırlaşır.
2011-ci ildən Biff Çaplov ilə evli olan Tristan əslində qız olaraq dünyaya gəlib. Lakin gənc yaşlarında cinsini dəyişdirərək oğlan olub. Bəzi əməliyyatlar və testosteron müalicəsi ilə o, demək olar ki, görünüşcə tamamilə kişiyə çevrilib.
Cütlük evləndikdən sonra iki uşağı övladlığa götürüb.
Tristan cinsiyyətini dəyişdirsə də, özü uşaq sahibi olmaq istəyib. Uşaqlığını saxlayan "kişi" ötən il hamilə qalıb, lakin 6 həftəlik uşağını itirib. Rizin kişilik hormonlarını artırmaq məqsədi ilə qəbul etdiyi dərmanlar onun hamilə qalma şansını sıfıra endirib. Lakin gözlənilmədən o yenidən hamilə qalıb.
Cəmiyyətin reaksiyasından qorxan cütlük aylarla bu xəbəri gizli saxlayıb. O, çölə çıxanda böyüyən qarnını enli geyimlərlə örtüb.
Lakin hamiləliyinin son aylarında olan Riz artıq bunu gizlətmir və hətta həyat yoldaşı ilə çəkilmiş şəkilləri sosial media hesabında yerləşdirir.



1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub