“Qatar Airways” aviaşirkəti diplomatik münasibətlərin korlanması səbəbindən bir sıra ölkələrə uçuşları ləğv edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə “Peninsula” nəşri yazıb.
Məlumata görə, söhbət BƏƏ, Bəhreyn, Misir və Səudiyyə Ərəbistanına olan reyslərin ləğvindən gedir. Qeyd olunur ki, məhdudiyyət iyunun 6-dan başlayır. Həmin reyslərə bilet alan bütün sərnişinlərə alternativ marşrutlar və ya biletlərin dəyəri qədər təzminat vəd olunub.
Bazar ertəsi birdən-birə Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Liviya və Yəmən daxil olmaqla altı ərəb ölkəsi Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək onunla diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Bununla əlaqədar olaraq Qətərlə qurudan mövcud olan marşrutlar bağlanıb. Eyni zamanda, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ Dohaya öz dəniz limanları və hava məkanlarından istifadə etmək qadağası qoyub. Qətər isə bütün ittihamları qətiyyətlə rədd edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub