Avstraliyanın Olbiri şəhərindəki bir hava limanında təyyarədə tapılan təhdid məktubu sərnişinlərin aşağı atlamasına səbəb olub.
Qeyd edək ki, həmin ərəfədə Mölbrin şəhərində bir nəfəri öldürüb, bir qadını saatlarla girov saxlayan, yerli bir televiziyaya zəng edib İŞİD-çi olduğunu deyən terrorçu öldürülüb.
Avstraliyada İŞİD hücumundan saatlar sonra bu dəfə bir hava limanında həyəcanlı anlar yaşanıb.
Zarafat üçün təyyarənin tualetinə yazılıb qoyulan bir məktub Olbiridə yerləşən hava limanının evakuasiya edilməsinə gətirib çıxarıb.
Mynews.az-ın məlumatına görə, Milli.Az xəbər verir ki, Reuters-ə danışan polis sözcüsü "Heç bir şey tapılmadı, heç kimə qarşı bir təhdid yox idi, yalnız bir məktub idi" deyib.
42 sərnişini olan təyyarədəki çaxnaşma anını danışan sərnişin bir nəfərin "Baqajlarınızı qoyun qalsın. Çölə tələsin, tələsin, tələsin" deyə qışqırdığını söyləyib.
Bundan sonra bəzi sərnişinlər həyəcandan təyyarədən özünü atıb.
Polis təyyarənin tualetinə qeydi qoyan şəxsin saxlanıldığını deyib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub