Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani bəyan edib ki, “Taliban” radikal hərəkatının döyüşçülərinin sülhə razılaşmaq üçün “son şansı” var.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, Əfqanıstan paytaxtında 21 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən “Kabul prosesi” beynəlxalq konfransında çıxış edən dövlət başçısı deyib: “Biz sülhün bərqərar olması üçün şans veririk, lakin bu, müddətsiz təklif deyil. Vaxt bitir, bu, son şansdır. Bundan istifadə edin, ya da aqibətinizi gözləyin”.
Qeyd edək ki, bu gün paytaxt Kabulda naməlum şəxslər tərəfindən “yaşıl zona” adlanan, NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının mənzil-qərargahının yerləşdiyi rayona mərmi atılıb.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub