Hələbə bir hava hücumundan sonra dağıntılar altından çıxarılan 5 yaşlı Ümranın fotoları bütün dünyanı ağlatmışdı.
Mynews.az-ın ölkə.az-a istinadən verdiyi məlumata görə, bu fotolar sosial şəbəkələrdə ən çox paylaşılan fotolar olmuşdu.
Başı qan, gözlərində qorxu olan Ümran Suriyadakı dağıntıların simvoluna çevrilmişdi.
Dakneş Suriya müxaliflərinin yayımladığı fotolarda dağıntılar altından çıxarıldıqdan sonra toz-torpaq içində, üzü qanlı olan Ümran təcili tibbi yardım avtomobilinin arxa oturacağında səssiz oturmuşdu. Gözlərində dəhşət, qorxu ifadəsi olan Ümran əllərini qan içindəki üzünə tərəf aparır və əli də qana bulanır. Əlinə bulaşan qanı isə oturacağa silirdi.
Suriyalı Ümranın son fotoları hər kəsin sevincinə səbəb olub. Ailəsi ilə birlikdə olan Ümran özünü kifayət qədər yaxşı hiss edir və bir Suriya kanalında qonaq olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub