Ermənistana ağır zərbələr vuran Azərbaycanın “Anti-armenia Team” haker qrupu düşmən ölkəni sarsıdacaq yeni addımının anonsunu verib.
Publika.az xəbər verir ki, “Anti-armenia Team” qrupu sosial şəbəkə hesabında Ermənistan küçələrindən çəkilmiş fotoları paylaşaraq, “Tezliklə...” deyə yazıb.
Fotolarda Ermənistan küçələrində yol-nəqliyyat nişanları və istiqaməti göstərən tablolar əks olunub. Misal üçün tabloların birində ermənicə yazılmış sözlərlə yanaşı, latın hərflərlə “Megri” sözü diqqət çəkir. Digər fotodakı tabloda “Sevan” (Göyçə) sözü yazılıb. Həmin ərazinin Göyçə gölünə gedən yol olduğu aydın görünür.
Qrup hələlik düşmənə vurduğu zərbənin nə olduğunu açıqlamayıb. Lakin təcrübəyə əsasən deyə bilərik ki, bu, Ermənistanı çalxalayan hadisə ola bilər.
Sosial şəbəkələrdə yazılan şərhlər də diqqət çəkir. Bəzi istifadəçilər hesab edir ki, azərbaycanlı hakerlər Ermənistan yollarındakı kameraları ələ keçirib.
Qeyd edək ki, “Anti-armenia Team” haker qrupu indiyə qədər Ermənistanın rəsmi və media internet resursunu dəfələrlə çökürdüb. Qrupun ən yaddaqalan addımlarından biri Ermənistanda zavodların birində qadın işçilərin soyunma-geyinmə otağına quraşdırılmış gizli kameranı ələ keçirməsi olub. Kameranın çəkdiyi görüntülərdə erməni qadınlar çəkilişdən xəbərsiz şəkildə paltarlarını dəyişirlər.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub