Uber təcavüz iddiaları ilə bağlı aparılan araşdırma nəticəsində 20-dən çox əməkdaşını işdən çıxarıb.
Mynews.az xəbər verir ki, şirkət açıqlamasında onların cinsi təcavüz, fiziki və psixoloji şiddət ətrafındakı araşdırmalara əsasən işdən azad edildiyini bildirib.
Qeyd edək ki, Uber şirkəti uzun müddətdir mədəniyyəti baxımdan uğursuzluqda ittiham edilir. Sonuncu dəfə keçmiş işçilərindən bir qadın şirkətdə başına gələnlərlə bağlı bloq yazısı ilə müzakirə mövzusuna çevrilmişdi. Şirkətə qarşı 215 təcavüz iddiası yönəldilib, bununla bağlı iki araşdırma başlamışdı.
Son vaxtlar şirkət idarəçilik sahəsində problem yaşayır. Hətta rəqib şirkət olan “Alfabet”ə aid sirləri oğurlamaqda günahlandırılan yüksək vəzifəli mühəndisini işdən qovmuşdu. Habelə Barak Obama dövründə baş prokuror Erik Holderdi şirkət mədəniyyəti ilə bağlı araşdırma aparmaq üçün işə qəbul etmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub