İranın paytaxtı Tehranda baş verən terror hadisələri nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Mynews.az Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.
"Terror hadisələri nəticəsində ölənlərin sayı 13, yaralıların isə 43 nəfərə çatıb", deyə H. Zülfüqari bildirib.
Bundan əvvəl 12 nəfərin öldüyü, 42-nin yaralandığı bildirilirdi.
Qeyd edək ki, ötən gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub.
Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub