Seneqal Qətərdəki səfirini geri çağırır. Bu qərar bazar ertəsi Qətərlə diplomatik əlaqələrini kəsən Səudiyyə Ərəbistanı və digər ölkələrlə həmrəylik əlaməti olaraq qəbul edilib.
Mynews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Seneqal Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Seneqal 2017-ci ilin iyun ayının 7-də Qətərdəki səfirini geri çağırmaq qərarına gəlib”, - Seneqal XİN-in yaydığı bəyanatda deyilir.
İyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək, Qətərlə diplomatik əlaqələrin kəsildiyi bildirib. Daha sonra bu dövlətlərə Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki də qoşulub. İordaniya Dohada diplomatik nümayəndəliyinin fəaliyyət səviyyəsinin azaldığını bəyan edib. Qətərin DİN rəhbəri Dohanın cavab addımları atmayacağını deyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub