Türkiyənin Sinop rayonunda 27 yaşlı Şengül Yeşilbaş ona şiddət göstərən ərini yatarkən ürəyindən bıçaqlayıb.
Sinopun Erfelek mahalı Bektaşağa kəndində üç il əvvəl Nəcib Yeşilbaş (27) ilə evlənən Şengül Yeşilbaş (27) , qayınanası və qayınatası ilə eyni evdə yaşamağa başlayıb.
Mynews.az-ın məlumatına görə, Milli.Az Sabah-a istinadən xəbər verir ki, gənc qadının xoşbəxt başlayan evliliyi bir müddət sonra kabusa dönüb. Qayınanası ilə problem yaşayan gəlini həyat yoldaşı döyməyə başlayıb. Şengül Yeşilbaş işləmək istəsə də, həyat yoldaşı buna icazə verməyib. Qətlin baş verdiyi gün yenə Şengül Yeşilbaş ilə həyat yoldaşı arasında mübahisə olub. Cütlük arasında başlayan mübahisə böyüyüb. Bələdiyyədə sürücü olaraq çalışan Nəcib Yeşilbaş mübahisə etdiyi arvadını döyüb. Daha sonra cütlük otaqlarına çəkiliblər. Gənc qadın gecə yarısı mətbəxdən götürdüyü bıçaqla yuxuda olan ərini ürəyindən bıçaqlayıb.
XƏSTƏXANADA CAN VERDİ
Sinop Atatürk Dövlət Xəstəxanasına çatdırılan Nəcib Yeşilbaş həkimlərin müdaxilələrinə baxmayaraq dünyasını dəyişib. Şengül Yeşilbaş isə həbs olunub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub