“Ya sünniliyə keçməli, ya da...” - Regionda məhvedici MÜHARİBƏ BAŞLAYIR

Dünən İŞİD terror qruplaşması İranda ilk hücumunu həyata keçirdi. Son məlumatlara görə, paytaxt Tehranda parlament binası və İran inqilabının lideri Xomeyninin türbələrinə edilən hücumda ümumilikdə 17 nəfər ölüb. Həm parlamentə, həm də türbəyə hücum edən terrorçular məhv edilib.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, İspaniyanın “El Mundo” nəşri terror aktlarının İranda İŞİD-in strukturunun mövcud olduğunu göstərdiyini yazıb.
İŞİD “Al-Amak" informasiya agentliyində üç bəyanat dərc edərək terror hücumlarına görə məsuliyyəti üzərinə götürdü. Agentliyin saytında həmçinin parlament binasında çəkilmiş videoyazı dərc olundu. TRAC analitik mərkəzinin direktoru Verian Xan nəşrə müsahibəsində bildirb ki, Go Pro (başa bağlanan kamera – red.) kamerasından çəkilib və bu, İŞİD-in üslubunu göstərir.
Müəllifin fikrincə, İran parlamentinə hücumun arxasında bir neçə amil dayanır.
1.İŞİD sıralarında iranlıların olması.
2.Son həftələrdə İŞİD İrana qarşı mediakampaniyanı aktivləşdirib. İŞİD-in İraq bölməsi bir videoyazı dərc edərək İranın sünni azlığını rejimə qarşı silahla mübarizəyə çağırıb. İŞİD ölkə rəhbərlərini “fəth”lə hədələyir. Amma İran sünniləri indiyə kimi bu çağırışlara xüsusi maraq göstərmirdilər.
3.İŞİD şiələrin qlobal məhvini istəyir. Təşkilatın mövqeyi həmişə bundan ibarətdir ki, onlar ya sünniliyə keçməyə, ya da ölməyə məcburdur. Şiəliyin ən tanınmış paytaxtında şiələrə qarşı bu hücum təbliğat üçün effektiv olacaq.
Məqalə müəllifinin fikrincə, bu hücumlar cari vəziyyəti nəzərə alaraq əlavə əhəmiyyət kəsb edir. ABŞ prezidenti Tramp İranı lənətləyir, həmçinin Səudiyyə Ərəbistanı İranla qarşılıqlı anlaşmaya görə Qətərə təzyiq göstərir.
“İran hökuməti hiss edəcək ki, onu İraq və Suriyada müdaxiləni genişləndirməyə məcbur edirlər. Əgər bu olacaqsa, sünnilər və şiələr arasında müharibənin eskalasiyası İŞİD-in ideoloji atəşinin üstünə yağ tökəcək”, - analitik Çarli Uinter deyib.
4. Son bir ay ərzində İraq və Suriyadan kənarda - Böyük Britaniya, Filippin, İndoneziya, Misir, Avstraliya, Pakistan və İranda terror aktları baş verib. Terror aktları Suriya və İraqda diqqəti İŞİD-in itkilərindən yayındırmaq ehtiyacı ilə izah olunur.
Dünya
- Səlcuq Bayraktar: “Haqlı mübarizəsində can Azərbaycanın yanındayıq” - FOTO
- Ukraynada azərbaycanlılar HƏLAK OLDU - Ruslar tankla üstlərindən KEÇİB + ADLAR
- "Bez Bebek" serialının aktyoru vəfat etdi - FOTO
- Qayıq qəzası: 15 nəfər öldü, çoxlu sayda insan itkin düşdü
- Arayik Arutyunyanın qızları Xankəndini birdəfəlik tərk etdilər
- Zəngilanda dövlət sərhədini pozan erməni diversantların məhkəməsinin yekunlaşması gözlənilir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Azərbaycan antiterror əməliyyatına başladı" - RESMİ 1113 dəfə oxunub
- Səlcuq Bayraktar: “Haqlı mübarizəsində can Azərbaycanın yanındayıq” - FOTO 1063 dəfə oxunub
- Kərkicahan-Xəlfəli yolunda separatçıların postu məhv edildi 1054 dəfə oxunub
- Müdafiə Nazirliyi brifinq keçirib - VİDEO 1052 dəfə oxunub
- Həlak olan polislərimizin FOTOLARI 1050 dəfə oxunub