Rusiya Federasiyası Buryatiya Respublikasının qubernatoru Vyaçeslav Naqovitsın da istefa verib.
Mynews.az xəbər verir ki, bu barədə respublika administrasiyasının mətbuat xidmətinin rəhbəri Aleksandr Maltsev məlumat yayıb.
“Elə indicə mətbuat konfransında Vyaçeslav Naqovitsın istefasını elan etdi. O bildirdi ki, gələcəkdə də Buryatiya üçün faydalı olmağa çalışacaq, amma növbəti müddətdə namizədliyini irəli sürməyəcək”, - Maltsev bildirib.
Onun sözlərinə görə, sözügedən qərar gözlənilməz olub.
Qeyd edək ki, dünən “Vedomosti” qəzeti Kremlə yaxın mənbəyə istinadla istefa verəcək qubernatorların Aleksandr Xudilaynen (Kareliya), Oleq Kovalyev (Ryazan), Yevgeni Kuyvaşev (Sverdlovsk), Sergey Mitin (Novqorod), Pavel Konkov (İvanovsk), həmçinin Perm vilayətinin qubernatoru Viktor Basargin və Buryatiyanın rəhbəri Vyaçeslav Noqovitsının olacağını xəbər vermişdi. Həmin məlumatdan sonra Perm vilayətinin qubernatoru Viktor Basargin istefa ərizəsini Prezident Vladimir Putinə təqdim edib və qubernator səlahiyyətlərinin müvəqqəti icrası Maksim Reşetnikova tapşırılıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub